Saç boyamağın əsas qaydaları

boyalı saclar1. Saçları düzgün necə boyamaq olar?
Əvvəlcə saça balzam çəkin (saçı yumayın), sonra şüşə qabın içinə boyanı süzün. Hidrogen peroksidi həmin qarışığa əlavə edin. Eyni bərabərdə tağ ayırıb, boyanı saçın dibinə sürtün və gözləyin. Saçın kökü rəngini dəyişdikdən sonra boyanın qalan hissəsini saçın uclarına çəkin. Boya saçda 22–40 dəqiqə qalmalıdır. Saçlar ilıq su ilə yuyulmalıdır.

2. Saçı ilk dəfə boyadıqda nəyə fikir vermək lazımdır?
Əvvəlcə saçların tipini müəyyən edin. İlk dəfə qoyulacaq boya ilə ev şəraitində təcrübə aparmayın. Saçlarınızı professionallara həvalə edin. Yeni saç rəngi seçəndə dərinin rəngini, üz quruluşunu və üz cizgilərini nəzərə alın.

3. Yaxşı nəticəni necə əldə etmək olar?
Saçı ideal boyamaq üçün saçlar azı 2-3 gün yuyulmamış olmalıdır. 2-3 gü ərzidə saçın dibinə yığılan təbii yağ dəridə qoruyucu təbəqə yaradır. Rəng açıcı – hidrogen peroksid saçın yanmasına səbəb olursa, təbii yağ bu zərərin qarşısını alır.
Ardı →

Aparıcı imici

Aparıcı imici

      XX  əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu.  Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir.

   Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur.  Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır.

  Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında  hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb.  Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.

   Əlbəttə, diktorluq özü də çox ciddi  peşəkarlıq tələb edən peşədir. Lakin bu peşə televiziyada artıq keçilmiş mərhələdir. Bu gün tamaşaçı ona isti,səmimi,kommunikativ,interaktiv münasibəti ilə diqqəti çəkən teleaparıcını öz evində doğma, inandığı, etibar etdiyi adam kimi qəbul edir.


Ardı →

Saçların düzgün yuyulma qaydaları

Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır.

Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və s. Saçları yağlı olanlar saçları normal və quru olanlara nisbətən, onları daha tez-tez yuyurlar.

Qış aylarında saçlar daha tez çirklənir, çünki baş örtükləri baş dərisini “normal nəfəs almağa” qoymur ki, bunun da nəticəsində dəri daha çox piy ifraz edir. Saçlarını yığmaq üçün hər gün müxtəlif vasitələrdən (gellər, muslar, laklar) istifadə edənlərə saçlarını hər gün yumaq məsləhət görülür, çünki bu vasitələr saçları ağırlaşdırır ki, bu da onların keyfiyyətinə pis təsir edir.
Saçların gündəlik yuyulmasında məhz bu məqsəd üçün nəzərdə tutulmuş yumşaq şampunlardan istifadə etmək lazımdır (bu barədə qablamanın üzərindəki qeydləri oxuyun).


Ardı →

Məşhurların gözəl saçlarının sirləri

Nikol KidmanQvinet Peltrou və zeytun yağı
Yarım fincan zeytun yağını saç diblərinə və dərisinə masajla yedirir və bir gün saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuduqda solğun saçları yenidən həyata dönmüş olur. 

Nikol Kidman və qızılgül suyu 
Avstraliyalı məşhur aktrisa qızılı saçlarının rəngini qızılgül suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş. 

İnes de la Fressange
Bir şüşə suyun içinə 3 xörək qaşığı sirkə qatın və şampunlayıb duruladığınız saçınıza çəkin. Bu da sizə parlaq saçlar!

Naomi Lenor
Qıvrım saçlarına zeytun yağı və yumurta sarısıyla bir maska edib, bütün gecə saçlarında saxlayır. O saçlarının yumşaqlığını da buna bağlayır.

Sindi Krouford
Təyyarə səyahətlərindən əvvəl saç baxım kremi çəkib, yumadığı saçlarla səfər edən Krouford bu üsulun saçlarının daha yumşaq etdiyini deyir. 
Ardı →

Saçınıza uyğun daraq seçin

Saçınız yaş, quru halda olarkən və fen çəkərkən hər birində ayrı saç fırçalarından istifadə etmək lazımdır. 

Keçmişdə səliqəli görünmək mütləq idi, ona görə də “saçınızı gündə 100 dəfə darayın” deyə belə bir şüar var idi. Lakin günümüzdə saç tökülməsi problemi ilə qarşılaşan o qədər xanım var ki, onlar saçını belə daramaqdan çəkinir.

Satışda çeşidli saç fırçaları var. Qadınların çoxu hansı formada və hansı materialdan olan fırçanın onlar üçün faydalı olduğunu bilmir. Doğru saç fırçanızı seçmək istəyirsinizsə, o zaman məsləhətlərimizi diqqətlə oxuyun. 

New Yorklu saç ustası Matthew Monzo, saç fırçalarının hansının saç tipinizə uyğun olmasını açıqlayıb. 

Halqalı və həcmli saçlar yaratmaq istəyirsinizsə, dairəvi formada olan fırçalardan istifadə edin. 
Ardı →

Saç tökülməsinə qarşı maska

Saçlarınız tökülürsə, bu maskadan mütləq istifadə edin. Çünki saçlarınızın daha sağlam olmasını təmin edəcək. 

Möhkəm və parlaq saçlara sahib olmaq istəyirsinizsə, evdə çox rahatlıqla bu maskanı hazırlaya bilərsiniz. 

Tərkibi:
1 st zeytun yağı 
1 qədər şüyüd
1 darçın çubuğu
1 çay qaşığı quru maya

Hazırlanması:
Quru mayadan başqa bütün ərzaqları bir qaba yığın və 5 dəqiqə qaynadın. Qaynadıqdan 15 dəqiqə sonra quru mayanı üzərinə əlavə edin və yaxşıca qarışdırın. Bu qarışığı 2 ssat saçınızda saxladıqdan sonra saç tipinizə uyğun olan şampunla yaxşıca qarışdırın. Bu maskanı həftədə 3 dəfə etsəniz, saçlarınızın tökülməsinin qarşısını almış olacaqsınız.
Davamı →

Möcüzəvi vasitələrlə saçlara qulluq

Yazda saçlarınız tökülürsə, bu qidalardan mütləq istifadə edin. Onlar sayəsində həm gözəlliyinizlə insanları valeh edə, həm də sağlam saçlara qovuşa bilərsiniz. 

Bal: bal dəri və orqanizm üçün faydalı olduğu kimi saçlar üçün də faydalıdır. Bal saçdakı nəmi artırır və saça hopur. Yuduqdan sonra saçınızın nə qədər yumşaq olduğunu özünüz də görəcəksiniz.

Düyü: uzaq şərq mətbəxinin zəngin qidası olan düyü, saçları dolğunlaşdırır. Bir qab düyünü suda isladın və səhərə kimi saxlayın. Səhər suyu süzdükdən sonra bir sprey qaba tökün. Saçınızı qurutduqdan sonra bu spreydən sıxın. 

Alma sirkəsi:  Alma sirkəsi möhtəşəm parladıcı təsirə malikdir. Şampunla saçınızı yuduqdan sonra saçınızı bir qədər alma sirkəsi ilə durulayın. Saçlarınız çox parlaq olacaq. Lakin bunu boyanmış saçlara etmək olmaz. 

Nanəli çay: 5 ədəd nanaəli çay paketini dəmləyin. Soyumağını gözləyin. Sonra isə saçınızı şampunlayıb yuyun. Sonda isə saçınıza nanəli çayı tökün. Nanə saçınızdakı artıq yağ miqdarını ortadan qaldıracaq. 

İtburnu çayı: İri və dolğun saçlara sahib olmaq üçün itburnu çayını dəmləyim və üzərinə eyni miqdarda zeynut yağı əlavə edib yaxşıca qarışdırın. Alınan məhlulu boş şampun qabına əlavə edin. Səhər bu qarışığı saçınıza çəkib darayın. 10 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Saçlarınız həm dolğun, həm də dalğalı olacaq.
Davamı →

Saç problemləri

Bayırda olarkən saçlarıma pis qoxular hopur
İşləyən qadınlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündür. Saçınızı bir az isladın, sonra güclü bir şəkildə darayın. Saçınızı yaxşıca havalandırdıqdan sonra bir az ətir vurun.

Saçlarım çox uzundur və heç bir şəklə girmir
Uzun saçlara forma vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolluca muz vurun. Ardından qalın bigudilərlə saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudiləri açın və barmaqlarınızla düzəldin.
Ardı →

Jennifer Anistonun gözəl saçlarının sirri

Jennifer Aniston
Saçların qırılması tez-tez rast gəldiyimiz problemlərdən biridir. Jenifer Eniston 2-3 gündən bir saçının ucunu kəsdiyini və beləcə saç qırıqları ilə mübarizə apardığını deyib. 

Saç qırıqlarının əsas səbəbi bədənin susuz qalması və saçların yetərli nəmi qəbul etməməsidir. Bundan xilas olmaq üçün bol su için. Qırıqların azaldığının şahidi olacaqsınız. 
Ardı →

Gözəl saçlar

Mənim fikrimcə qadının gözəl görünməsi üçün əsas amillərdən biri saçın gözəl və sağlam görünməsidir.

Maya maskası.
Bu maska saçın tökülməsinə qarşı və yeni, sağlam saçlarla əvəz olunması üçündür: 1 stəkan iliq suya 4 yəmək qaşığı maya əlavə edilib əridilir. Saç diblərinə masaj edilərək yeridilir.saç dəsmalla bükülür və 1saat gözlədilir.Həftədə 2dəfə etmək məsləhətdir


Saçların parlaq olması üçün. Çobanyastığı çiçəyi və gicitkan otunu dəmlə, süzgəcdən keçir və yuyulduqdan sonra saçları bu dəmlə yaxala. və yaxud yarım stəkan quru kəklikotunu 2stəkan suda dəmlə və eyni qaydada saçları yaxala


Ardı →